Həbsxanadan 500 məhbus qaçdı
Bizi izləyin

Hadisə

Həbsxanadan 500 məhbus qaçdı

Mərkəzi Afrika Respublikasının paytaxtı Bangidə yerləşən həbsxanalardan birindən 500 məhbus qaçıb.

Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, onların arasında müsəlman və xristian qruplaşmalarının döyüşçüləri olan 60 təhlükəli cinayətkar da var.

Qeyd edək ki, müvvəqqəti prezident Katrin Samba-Panzanın BMT Baş Assambleyasının 70-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri ilə ölkədə iğtişaşlar başlayıb. Dövlət başçısı səfərini yarımçıq dayandıraraq ölkəyə qayıdıb.

Məhbusların iğtişaşlardan istifadə edərək həbsxanada qarşıdurma yaratdığı və qaçdığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm