Sərnişin avtobusu qoyun sürüsünə girdi
Bizi izləyin

Hadisə

Sərnişin avtobusu qoyun sürüsünə girdi

Gürcüstandan Bakıya gedən sərnişin avtobusu Tovuzda qəza törədib.

Publika.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, nəqliyyat vasitəsi gecə saatlarında magistral yolun Dönük Qırıqlı kəndi ərazisində qoyun sürüsünə girib.

Avtobusu yüksək sürətlə idarə etmədiyini deyən sürücü Qabil Əsədov çobanı məsuliyyətsizlikdə günahlandırır.

O qeyd edib ki, Rizvan adlı çoban qoyunları heyvanlar üçün ayrılan keçiddən deyil, yolun avtomobillərin sürətlə hərəkət etdiyi hissəsindən keçirib.

Qəza zamanı avtobusda 40-a yaxın sərnişin olub, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Baş verən hadisələrlə bağlı BDYP-nın əməkdaşları araşdırmalara başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm