Hadisə
MTN-nin generalı dünyasını dəyişdi
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general Ziya Yusifzadə bu gün 86 yaşında dünyasını dəyişib.
Publika.az xəbər verir ki, Z.Yusifzadə uzun illər
Azərbaycanın keçmiş Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik
edib.
Ziya Yusifzadə 1929-cu il fevralın 15-də Şəkidə ziyalı ailəsində
anadan olub. 1945-ci ildə Zaqatalada orta məktəbi qızıl medalla
qurtarıb. 1952-ci ildə Moskva Dövlət Pedaqoji Xarici Dillər
İnstitutunu ingilis dili ixtisası üzrə bitirib.
1956-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət
Təhlükəsizlik Komitəsinə həqiqi hərbi xidmətə qəbul olub.
1972-1976-cı illərdə DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi, 1976-cı
ildən DTK sədrinin I müavini vəzifəsində çalışıb.
1980-ci ildən 1988-ci ilə qədər isə Azərbaycan SSR Dövlət
Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində işləyib. 1977-ci ildə
general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbəsi alıb.
1988-1992-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetində
Millətlərarası münasibətlər şöbəsinin müdiri vəzifəsində işləyib,
1992-ci ilin avqust ayında öz xahişi ilə təqaüdə çıxıb.
1999-cu il iyunun 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə hərbi qulluğa bərpa olunaraq Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına rəis təyin edilib.
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO