Rusiya və Gürcüstanda qətl törətdilər, Bakıda tutuldular
Bizi izləyin

Hadisə

Rusiya və Gürcüstanda qətl törətdilər, Bakıda tutuldular

Rusiyada və Gürcüstanda qətlə görə axtarışda olan azərbaycanlılar tutulub.

Daxili İşlər Nazirliyindən (DİN) Publika.az-a verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyada qətlə görə axtarışda olan Nicat Kiçibəyov tutulub.

Qeyd edək ki, N.Kiçibəyov barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 103-cü maddəsi ilə (qəsdən adam öldürmə) axtarış elan edilib.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Gürcüstan Respublikasında axtarışda olan Bakı şəhər sakini Eldar Əhmədov tutulub.

Qeyd edək ki, onun brəsində Gürcüstanın Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) və 239-cu (xuliqanlıq) maddələri ilə axtarış elan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm