Bakıda DƏHŞƏT: Qadın sevgilisi ilə birgə ərini doğrayıb basdırdı
Bizi izləyin

Hadisə

Bakıda DƏHŞƏT: Qadın sevgilisi ilə birgə ərini doğrayıb basdırdı

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Bu barədə "Report"a Yasamal rayon Prokurorluğundan bildirilib.

Məlumata əsasən, 40 yaşlı Kamran Mahmudovun itkin düşməsi barədə məlumat araşdırılarkən məlum olub ki, onu həyat yoldaşı 39 yaşlı Lalə Mahmudova və həyat yoldaşının Sədi adlı tanışı qətlə yetirib.

Lalə tanışı Sədi ilə birlikdə meyiti hissələrə bölərək İsmayıllı rayonunda meşəlik sahədə basdırıb.

Hər iki şəxs saxlanılıb. Meyit İsmayıllıda hissələrə ayrılmış halda basdırıldığı yerdən çıxarılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm