• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Məktəbdə şagirdlərə kiflənmiş buterbrod satılır - FOTO

  • Hadisə
  • 2 Oktyabr 2015 11:41
  • 382 Baxış
Məktəbdə şagirdlərə kiflənmiş buterbrod satılır - FOTO

291 saylı Ekologiya Liseyinin bufetində şagirdlərə satılan buterbrod çörəyinin içini kif bağlayıb. Bu barədə valideynlər sosial şəbəkədə məlumat paylaşıb, həmin buterbrodun şəklini yerləşdiriblər.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Publika.az-a açıqlamasında bu barədə artıq məlumatlı olduqlarını dedi:

“Bu informasiya ilə səhər saatlarında tanış olduq. Həmin məlumatı araşdırmaq üçün icraata götürdük. Gün ərzində ilkin araşdırma barədə məlumat verə biləcəyik. Həmin məktəblə bağlı araşdırma aparılacaq”.

F.Talıblı respublikanın digər məktəb bufetləri və bağçalarında da monitorinqlərin aparıldığını dedi.

“Tədris mövsümü yeni başladığından plana əsasən, Komitə yanında Dövlət Nəzarəti Xidməti tərəfindən bu günlərdə məktəb və bağçalarda qidalanmanın mövcud standarta uyğunluğu araşdırılacaq. Monitorinqlər başa çatandan sonra nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR