Qaradağda avtomobil qaçıranlar tutuldu
Bizi izləyin

Hadisə

Qaradağda avtomobil qaçıranlar tutuldu

Oktyabrın 2-də, saat 06 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində hərəkət edən “Moskviç 412” markalı avtomobil şübhə doğurduğundan polis tərəfindən saxlanılıb.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avtomobilin sürücüsü, Bakı şəhər sakini Ruslan Kərimov, sərnişinləri Vasiliy Maslakov, Rövşən Gülümcanov, Qəbələ rayon sakini Emil Bəkirov və Qazax rayon sakini Elçin Quliyev 10-cu polis bölməsinə gətiriliblər.

Araşdırmalar zamanı onların qeyd edilən avtomobili həmin gün Yasamal rayonu B.Səfəroğlu küçəsindən qaçırmaları müəyyən edilib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm