Gədəbəydə iki avtomobil toqquşdu
Bizi izləyin

Hadisə

Gədəbəydə iki avtomobil toqquşdu

Gədəbəyin Böyük Qaramurad kəndi ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Publika.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, “Niva” ilə “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində “Mercedes”-in sürücüsü 63 yaşlı İsa Quliyev yaralanıb. O, müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm