• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İŞİD azərbaycanlıların başını kəsdi - FOTO

  • Hadisə
  • 6 Oktyabr 2015 23:48
  • 2 231 Baxış
İŞİD azərbaycanlıların başını kəsdi - FOTO

İŞİD terror qruplaşması Azərbaycandan "inam üçün vuruşmağa" gəlmiş şəxslərin başını kəsib.

Publika.az ANS-ə istinadən xəbər verir ki, bu barədə İŞİD terror qruplaşmasının döyüşçüsü kimi Suriyada olan və möcüzə nəticəsində oradan vətəninə qaçmış 25 yaşlı tacikistanlı Fərrux Şərifov danışıb.

Tacikistanın Xocənd şəhərinin sakini terrorçuların azərbaycanlıların başını necə kəsdiyinə canlı şahidlik edib. Onun sözlərinə görə, bir dəfə o, Azərbaycandan gəlmiş bir neçə nəfərin başının kəsilməsinə şahidlik edib. Cəlladlar onları "xəvaric" adlandıraraq inamdan döndükləri üçün edam ediblər. Şərifov qeyd edir ki, öldürülmək üçün şifahi xəbərçilik kifayətdir: insanı "inamı təhqir etdi"yini deyirlər və ya kürdlərin xeyrinə casusluqda ittiham edib dərhal edam edirlər.

"Al Jazeera" telekanalının saytının verdiyi daha bir sensasion xəbərə görə, bir müddət əvvəl İraqın Ramadi şəhəri yaxınlığında özünü partladan İŞİD-li kamikadze azərbaycanlı ər-arvad tərəfindən ələ alınıb və bu hadisəni onların təhriki ilə edib. Bu terror hücumu nəticəsində 24 nəfər ölüb, yüzə yaxın şəxs ısə yaralanıb.

Həmçinin məlum olub ki, həmin terrorçu İordaniya parlamentinin deputatının oğludur. Muhammed Dalain adlı terorçu İordaniya parlamentinin deputatı Mazen Dalainin oğludur. Atasının bildirdiyinə görə o, Ukraynanın Xarkov şəhərində tibb kollecində oxuyarkən Azərbaycandan olan ər-arvad tərəfindən ələ alınaraq İŞİD terror qruplaşmasının sıralarına cəlb edilib.

Deputat bildirib ki, azərbaycanlı ər-arvad Xarkov şəhərində yaşayır. Onun sözlərinə görə, azərbaycanlı ər-arvad Xarkovda təhsil alan gənc müsəlman-tələbələri İraq və Suriyada İŞİD-in tərəfində döyüşmək üçün fəal şəkildə “verbovka” edirlər. Həmin azərbaycanlı ər-arvadın əsl adları məlum deyil, ancaq deputat kişinin “İbrahim”, qadının “Süməyya” dini adları ilə tanındığını bildirib. İraq ordusunun rəsmiləri Muhammed və digər iki İŞİD terrorçusunun idarə etdikləri partlayıcı yüklü maşınları təhlükəsizlik qüvvələrinin blok-postu yaxınlığında və şiələr yaşayan məhəllədə partlatdığını bildirib.

İraq əsgərləri intiharçılardan birinin idarə etdiyi maşını Rusiya istehsalı olan “Kornet” tank əleyhinə raketlə vuraraq partladıb. Terrorçuların kimlikləri daha sonra müəyyən edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR