Azərbaycanlıdan 14 kq narkotik və silah götürüldü - RUSİYADA
Bizi izləyin

Hadisə

Azərbaycanlıdan 14 kq narkotik və silah götürüldü - RUSİYADA

Rusiyanın Primorsk diyarının Xorolsk rayonunda marixuana satışı ilə məşğul olan azərbaycanlı saxlanılıb.

“İnterfax Rossiya”nın məlumatına görə, Rusiyanın ərazi üzrə Narkotiklərin Dövriyyəsinə Nəzarət İdarəsinin əməkdaşları tərəfindən 42 yaşlı işsiz azərbaycanlıdan ümumilikdə 14 kq narkotik vasitə götürülüb. “O, Rusiya ərazisində kimliyini müəyyənləşdirəcək hər hansı sənəd olmadan yaşayır. Axtarış zamanı onun üzərindən tapança, güllələr və ov silahı aşkar edilib” - deyə idarənin mətbuat xidmətindən bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm