
Respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.
Publika.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə
istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyinin
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Daxili İşlər Nazirliyinə
müraciət edərək son günlər paytaxtın mərkəzi küçə və
prospektlərində, eləcə də xüsusi dövlət əhəmiyyətli yollarda
rabitə-kommunikasiya xidmətlərinə məxsus quyuların qapaqlarının
qeyri-müəyyən şəraitdə oğurlanması barədə məlumat verib.