
Zaqatala şəhər sakini N.Məmmədovaya məxsus mağazadan oğurluq etmiş şəxsin kimliyi məlum olub.
Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 2-də Nəsibə Məmmədovaya məxsus mağazadan 13000 rubl, tütün məmulatı, qızıl və gümüş əşyalar, habelə nəzarət kamerasının yaddaş qurğusunu oğurlamış şəhər sakini Elçin Rəşidov tutulub.
Anar Tağıyev