Masazırda faciə: körpə 6-cı mərtəbədən düşüb öldü
Bizi izləyin

Hadisə

Masazırda faciə: körpə 6-cı mərtəbədən düşüb öldü

Masazırda “Yeni Bakı” yaşayış sahəsində dəhşətli faciə baş verib.

Publika.az-ın hadisənin şahidlərinə istinadən verdiyi məlumata görə, oktyabrın 7-də 4 yaşlı Zəhra Bağırova 12 mərtəbəli binanın 6-cı mərtəbəsindən düşüb.

İlkin məlumata görə, uşağın anası böyük övladını məktəbdən gətirmək üçün evdən çıxıb. 4 yaşlı uşaq yatdığı üçün onu özü ilə aparmayıb.

Ana evdə olmadığı müddətdə uşaq yuxudan oyanıb və stula çıxaraq pəncərədən aşağı boylanan zaman yıxılıb.

Hadisə şahidləri bildirilər ki, körpə yoldan keçənlər tərəfindən ağır vəziyyətdə xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ana isə hadisə barədə məktəbdən qayıdanda xəbər tutub. Pəncərənin altında qan izini görən ana özündən gedib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm