Güclü külək bir nəfəri xəstəxanalıq etdi
Bizi izləyin

Hadisə

Güclü külək bir nəfəri xəstəxanalıq etdi

Dünən əsən güclü külək paytaxtda fəsad törədib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bakıda sakinlərdən birinin başına ağac düşüb. Hadisə oktyabrın 8-də Səbail rayonunun Xəqani küçəsində baş verib. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra İbrahim Yaqubov evə buraxılıb.

Oktyabrın 8-də güclü küləklə əlaqədar Səbail rayonunun Ü.Hacıbəyov küçəsində Bakı şəhər sakini Fuad Rzayevə məxsus “Subaru”, Xaqani küçəsində Mehman Hüseynzadəyə məxsus “Hyundai”, Xətai rayonunun Y.Səfərov küçəsində Bakı şəhər sakini Ramin Ərəbxanovun idarə etdiyi “Toyota” markalı avtomobillərin üzərinə ağac düşməsi nəticəsində avtomobillərə qismən ziyan dəyib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm