Moskvada saxlanılan azərbaycanlı "vor zakon"un - VİDEOsu
Bizi izləyin

Hadisə

Moskvada saxlanılan azərbaycanlı "vor zakon"un - VİDEOsu

Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları Moskvada təşkil olunan "sxodka"nı dağıdıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı DİN rəsmisi Yelena Alekseyeva məlumat verib.

Onun sözlərinə görə, kriminat avtoritetlər əldə olunan pulları bölüşdürmək üçün bir araya gəliblər. Əməliyyat zamanı 4 "vor zakon" saxlanılıb. Üzərinə baxış zamanı avtoritetlərin cibində narkotik vasitə aşkar edilib.

Bu arada nazirlik azərbaycanlı avtoritet Zaur Şipilovun saxlanılması videosunu yayımlayıb. 29 yaşlı "vor zakon" kriminal aləmdə Zaur Naxçıvanski ləqəbi ilə tanınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm