Qubada iki mərtəbəli ev yandı
Bizi izləyin

Hadisə

Qubada iki mərtəbəli ev yandı

Qubada yaşayış evində yanğın baş verib. Hadisə nəticəsində 2000 manat dəyərində cehizlik əşyalar kül olub.

Publika.az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında Qubanın Amsarqışlaq kəndində qeydə alınıb. Kənd sakini 47 yaşlı Akif Şükürova məxsus 4 otaqdan və 2 aynəbəndlidən ibarət 2 mərtəbəli evi qəfildən alışıb yanmağa başlayıb.

Evin sahibi Akif Şükürov yanğının qısaqapanma nəticəsində baş verdiyini bildirib. "Biz toyda idik, gəlib gördük ev tamam yanıb. İşıq xəttlərindən yanıb".

Yanğının söndürülməsi üçün əraziyə dərhal FHN-nin Quba DYMH-nin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.

FHN-nin Xaçmazda yerləşən şimal regional mərkəzindən verilən məlumata görə, ümumi sahəsi 160 kv metr olan 2 mərtəbəli evin yanar konstruksıyaları və bütün əşyaları tamamilə alovlanaraq kül olub. Yanğının başvermə səbəbləri araşdırılır.

Yanğın nəticəsində ev sahibinin qızına aldığı 2000 manat dəyərində cehizlik əşyalar da yanıb.

Son zamanlar Quba rayonu fərdi mənzillərin yanmasına görə liderlik edir. Bu, sentyabrın 28-dən başlayaraq, Qubada 3-cü evin yanması hadisəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm