NATO-nun ekspert qrupu Bakıda seminar keçirir
Bizi izləyin

Hadisə

NATO-nun ekspert qrupu Bakıda seminar keçirir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, oktyabrın 13-dən Bakı şəhərində NATO-nun Standartlaşdırma ofisinin ekspert qrupu tərəfindən “Standartlaşdırma və uzlaşma” seminarı keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ikigünlük seminar çərçivəsində NATO-nun Standartlaşdırma ofisinin direktoru general-mayor Edvadas Majeikasın (Litva) rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Silahlı Qüvvələrində aparılan standartlaşdırma fəaliyyəti ilə tanış olacaq, NATO-da həyata keçirilən standartlaşdırma və uzlaşma siyasəti barədə məlumat verəcək, o cümlədən mövcud əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm