Fəhlə özünü binadan atmaq istədi
Bizi izləyin

Hadisə

Fəhlə özünü binadan atmaq istədi

Fövqəladə Hallar Nazirliyi bu gün paytaxtda 23 yaşlı gəncin intihara cəhd etməsi ilə bağlı məlumat yayıb.

Publika.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Məlumatda bildirilib ki, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər tikilməkdə olan 17 mərtəbəli binanın 15-ci mərtəbəsinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilib və aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm