İkicinsli şəxs özünü öldürmək istədi
Bizi izləyin

Hadisə

İkicinsli şəxs özünü öldürmək istədi

Türkiyədə bir gənc anadangəlmə ikicinsli olduğu üçün intihar etmək istəyib.


Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ikicinsli oğlan müalicə olunmaq istəsə də, yardım edən olmayıb. Müalicə məqsədi ilə üz tutduğu qurumlardan əliboş dönən 24 yaşlı İlker Akın, 3 ayda bir dəfə yardım aldığı Sosial Yardım Təşkilatının pəncərəsinə çıxaraq intihara cəhd edib.


Gəncin intihar etmək istədiyini görən bir nəfər şəxs polisə və xilasedicilərə xəbər verib. Polis uzun danışıqlardan sonra gənci fikrindən daşındırmağı bacarıb.


Mətbuat mənsublarının yanına gələn İlkər Akın cüt cinsiyyətli olduğuna dair xəstəxana sənədlərini, əsgərlik şəkillərini və digər sənədlərini göstərərək əməliyyatla kişi olmaq istədiyini deyib.


Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm