Baldız yeznəni bıçaqlayıb öldürdü
Bizi izləyin

Hadisə

Baldız yeznəni bıçaqlayıb öldürdü

Sumqayıt şəhərində qətl hadisəsi törədilib. Şəhər sakini Almurad Babayev oktyabrın 20-də yaşadığı evdə münaqişə zəminində baldızı Rəbiyyə Sultanova tərəfindən bıçaqlanıb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən A.Babayev orada ölüb.

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Sultanova tutulub.

Faktla bağlı cinayət işi açılıb, istintaq başlanıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm