Hadisə
Ağsuda canavarlar sakinlərə hücum edib
Ağsuda canavarlar sakinlərə hücum edib. Nəticədə iki nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Publika.az “Report”a istinadla verdiyi xəbərə görə, hadisə axşam saat 18:30 radələrində rayonun Padar və Növcü kəndlərində otlaq sahədə baş verib.
Padar kənd sakini 1981-ci il təvəllüdlü Bəhruz İsa oğlu Bəhramov və Növcü kəndində məskunlaşan məcburi köçkün Ağdam rayon sakini 1973-cü il təvəllüdlü İlham Amil oğlu Məhərrəmov kənd ərazisi olan otlaq sahədə qoyunları kəndə gətirərkən canavarların hücumuna məruz qalıblar.
Boğaz və üz nahiyəsindən xəsarət alan sakinlər qohumları tərəfindən Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın cərrahiyyə şöbəsindən verilən məlumata görə, cərrahiyyə əməliyyatı aparılan yaralıların vəziyyəti ağır olaraq qalır.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!