67 yaşlı qadının meyiti tapıldı
Bizi izləyin

Hadisə

67 yaşlı qadının meyiti tapıldı

Bakıda yaşadığı mənzildə qadının meyiti aşkar olunub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, Xətai rayonunda mənzildə 1948-ci il təvəllüdlü Hacıyeva Nabat Əliş qızı bağlı qapı arxasında qalıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adıçəkilən şəxsin cəsədini aşkar ediblər. N.Hacıyevanın cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:01-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm