Qəbələdə alma ağacı çiçək açdı - VİDEO
Bizi izləyin

Hadisə

Qəbələdə alma ağacı çiçək açdı - VİDEO

Rayonun Kötüklü kənd sakini Səfa Nəbiyevin bağındakı ağaclardan biri payız fəsli olmasına baxmayaraq çiçək açıb. Ev sahibi belə maraqlı hadisə ilə ilk dəfədir ki rastlaşdığını bildirib.

Publika.az Region TV-yə istinadən bildirir ki, bağda alma ağaclarından biri payız fəsli olmasına baxmayaraq yenidən çiçəkləyib. İlk dəfə bu cür hadisə ilə qarşılaşan təsərrüfatçı bildirir ki, bunu havaların son günlər dəyişkən olması ilə əlaqələndirmək olar. Bir tərəfdən saralıb tökülən yarpaqlar, digər tərəfdən çiçəkləyən ağac.

Bu təbiət hadisəsi kənd sakinlərinin də marağına səbəb olub. Yaşlı sakinlərin sözlərinə görə, bu təbiət hadisəsi nadir hallarda baş verir. Əsasən də payız fəslində temperaturun iqlim normasından yüksək olması bəzi ağaclarda yenidən oyanışa səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm