Polis saxta əskinaslar aşkarladı
Bizi izləyin

Hadisə

Polis saxta əskinaslar aşkarladı

Mağazaya saxta əskinaslar verən şəxslər saxlanılıb.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 26-da Göyçay rayonunun Hacalı kənd sakini Oqtay Osmanova məxsus mağazaya gəlmiş şəxsiyyəti məlum olmayan 3 nəfər ona saxta 20 manatlıq əskinas verib ərzaq məhsulları alıb.

Göyşay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini Abdulla Abdullazadə, Şükür Gözəlov və Bakı şəhər sakini Müşfiq Zalov tutulublar.

A.Abdullazadənin Hacalı kəndində yaşayan əmisi Zahir Abdullayevin həyətyanı sahəsinə baxış zamanı 16 ədəd saxta 20 manatlıq əskinas aşkar edilərək götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm