Lənkəran-Lerik yolu sürüşdü
Bizi izləyin

Hadisə

Lənkəran-Lerik yolu sürüşdü

Dünən Lənkəran-Lerik avtomobil yolunda torpaq sürüşməsi baş verib.

Bu barədə Publika.az-a Lerik İcra Hakimiyyətinin başcısının müavini Habil Məlikov məlumat verib.


O, bildirib ki, yolun alt qatında torpaq sürüşmələri baş verir. Bu da rayonda hal-hazırda aparılan tikinti işləri ilə əlaqədar ağır tonnajlı yük maşınlarının o yoldan keçməsilə bağlıdır:

“ Yol İstismar İdarəsi bu yolu nəzarətdə saxladığı üçün torpaq sürüşmələrinin qarşısı vaxtında alınır”.

H.Məlikov bildirib ki, 2005-ci ildə salınan yol 2014-2015-ci illərdə təmir olunsa da, təmir keyfiyyətsiz aparılıb.

Qeyd edək ki, sürüşmələr daha çox magistral yolun 17, 19 və 26-cı kilometrlərində qeydə alınıb.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm