Oğrunu damda belə tutdular - VİDEO
Bizi izləyin

Hadisə

Oğrunu damda belə tutdular - VİDEO

Mağazadan oğurluq etmək istədi, iş başında yaxalandı. Hadisə Kürdəmir rayonunun Karrar kəndində yaşayan, ancaq Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş qəsəbəsində qeydiyyatda olan Səid İsayev Kürdəmir şəhərinin Bakı prospektindəki mağazalardan birindən oğurluq edərkən baş verib.

Kürdəmir rayon sakini Siyavuş Abdullayevə məxsus mağazanın damında gecə saatlarında səslərin gəldiyini ilk eşidənlər isə mühafizəçilər olublar:

”Hiss etdik ki, oğru mağazaya daxil olmaq istəyir. Növbə rəisimizə zəng etdik. Növbə rəisimiz köməyə gəldi. Sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını, polisi köməyə çağırdıq” - deyə mühafizəçi Araz Həsənov bildirib.


Əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları 25 yaşlı oğrunu elə mağazanın dam örtüyü ilə tavanı arasındakı hissədən yaxalayaraq çıxarıblar.

Sahibkar Siyavuş Abdullayevin sözlərinə görə, oğru bir neçə dəqiqə ərzində müəyyən adda ərzaq və siqaretləri aparmağa çalışsa da, onun istəyi boşa çıxıb: ”Lambirini cırıb, yerə atıb. Yuxarının dəmirləri kəsilib, yerə tökülüb. Girib mənim kloklarımdan istifadə edərək siqaretlərimi yığıb. Yuxarı qoyub, amma şiferin üstünə qoymağa vaxt tapa bilməyib”.

Artıq polisin nəzarətində olan Səid İsayevin törətmək istədiyi oğurluq faktı ilə bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm