Bakıda zibillikdən qumbara çıxdı
Bizi izləyin

Hadisə

Bakıda zibillikdən qumbara çıxdı

Bakının Nərimanov rayonunda qumbara tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Publika.az FHN-in saytına istinadən xəbər verir ki, dərhal nazirliyin müvafiq qurumlarının əməkdaşları hadisə yerinə cəlb olunub. Baxış zamanı məlum olub ki, sursat istifadəyə yararsız olan 1 ədəd “F-1” markalı əl qumbarasıdır. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib, başqa şübhəli əşya aşkar edilməyib.

Sursat aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma başlanıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm