Bərdədə bir ailənin 4 üzvü dəm qazından zəhərləndi - FOTOLAR
Bizi izləyin

Hadisə

Bərdədə bir ailənin 4 üzvü dəm qazından zəhərləndi - FOTOLAR

Bərdədə bir ailənin bütün üzvlərinin dəm qazından zəhərlənməsi hadisəsi baş verib. Hadisə axşam saatlarında Bərdənin Elçin Əsədov küçəsində baş verib.

Ailə başçısı Rəşad Camalovun ANS PRESS-ə verdiyi məlumata görə, zəhərlənməyə odun sobasında yaranan dəm qazı səbəb olub. Əvvəl Rəşad Camalovun 63 yaşlı anası Səmayə Camalovanın əhvalı pisləşib.

Daha sonra eyni əlamətlər, baş gicəllənməsi və ürək bulanması onun bacısı Xəyalə Camalovada və 12 yaşlı oğlu Yadigar Camalovda da özünü biruzə verib. Təcili tibbi yardıma da Rəşad Camalov özü xəbər verib. Evə gələn təcili tibbi yardım briqadası ilkin yardım göstərdikdən sonra zəhərlənənlər Bərdə MRX-na çatdırılıb.

Xəstəxanadan zəhərlənən 4 nəfərin ilk olaraq oksigenlə təmin edildiyi bildirilib. Daha sonra lazımi tibbi yardım göstərilib. Hazırda 35 yaşlı Rəşad Camalovun vəziyyəti yaxşıdır. Digər 3 xəstənin isə vəziyyəti kafi qiymətləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm