• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rusiyada azərbaycanlı qanunsuz qızıl ticarətinə görə tutuldu

  • Hadisə
  • 2 Noyabr 2015 12:24
  • 590 Baxış
Rusiyada azərbaycanlı qanunsuz qızıl ticarətinə görə tutuldu

Rusiya Federasiyasının Buryatiya Respublikasında Azərbaycan vətəndaşı böyük ölçüdə qiymətli metalın qanunsuz dövriyyəsinə görə tutulub.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Abbasov soyadlı şəxs məhkəmə tərəfindən iki il şərti cəza və 100 min rubl (təxminən 1600 manat) məbləğində cərimə olunub.

İstintaqın məlumatına görə, Azərbaycan vətəndaşı üç kiloqramlıq qızıl və gümüş külçələri Amur vilayətinin Muysk rayonun Tında şəhərinə aparmağa çalışıb. Məhkəmədə müəyyənləşdirilib ki, azərbaycanlı qiymətli metalların yalnız daşıyıcısı olub, qızılın və gümüşün satıcısı müəyyən edilməyib.

Birinci dəfə qanun keçikçiləri müəyyən edib ki, Azərbaycan vətəndaşı naməlum şəxsdən 1 milyon 762 min (təqribən 29 min manat) rubl dəyərində 1280 qramdan çox qızıl və gümüş qarışığından ibarət külçələr alıb və Amur vilayətinin Muysk rayonun Tında şəhərinə aparmağa razılaşıb. Ona nəqliyyat xidmətləri üçün 30 min rubl (təxminən 490 manat) söz verilib. Azərbaycanlı külçələri torpaqda gizlədib və həmin metalları basdırdığı yerdən çıxardığı zaman saxlanılıb.

Birinci hadisədən 17 gün sonra Azərbaycan vətəndaşı yenidən Tında şəhərinə külçələri aparan zaman saxlanılıb. Bu dəfə qiymətli metalların çəkisi 1300 qram, qiyməti isə təxminən 1 milyon 898 min rubl (təxminən 30 min manat) olub. Külçələri avtomobildə gizlədən Abbasov yolda saxlanılıb. Qiymətli metallar isə müsadirə edilib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR