Bakı-Quba yolunda iki maşın toqquşub, xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Bakı-Quba yolunda iki maşın toqquşub, xəsarət alanlar var

Bu gün axşam saatlarında Bakı-Quba yolunun 47-ci km-də iki avtomobil toqquşub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Bakı şəhər istiqamətində olan paytaxt sakini 55 yaşlı Salman Orucovun idarə etdiyi 90 CF 600 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan Sumqayıt şəhər sakini 60 yaşlı Xəlil Abbasovun idarə etdiyi 90 KG 869 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobillə toqquşub.

Hər iki avtomobil yol kənarına aşıb. Toqquşmadan sonra avtomobillərdən biri yolun kənarı ilə hərəkətdən edən velosipedçiyə dəyib. Qəza nəticəsində avtomobillərdə olan iki sərnişin 55 yaşlı paytaxt sakini İlqar Səfərov, 47 yaşlı Gülnaz Cəbrayılova həmçinin velosipedçi Sumqayıt şəhər sakini 46 yaşlı Nəriman Abbosov xəsarət alıb. Onlar dərhal Sumqayıt şəhər mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm