Azərbaycanda telekanal prezidenti vəfat etdi
Bizi izləyin

Hadisə

Azərbaycanda telekanal prezidenti vəfat etdi

"İnterAz" televiziya kanalının prezidenti, tanınmış jurnalist Saleh Xudiyev bu gün Bakıda dünyasını dəyişib.

APA-nın məlumatına görə, Saleh Xudiyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Saleh Aydın oğlu Xudiyev 4 may 1955-ci ildə Ağdam rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Ağdam Kənd təsərrüfatı texnikumuna daxil olub. Azərbaycan İnşaat mühəndisləri İnstitutunu bitirib. “Azmas” teleşirkətini yaradaraq baş direktor vəzifəsini icra edib. Daha sonra “Sara” teleradio şirkətini yaradıb.

2001-ci ildən İnterAz televiziyasına rəhbərlik edib.

Allah rəhmət eləsin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm