Gürcüstanda iki azərbaycanlı gənc yol qəzasında ölüb - FOTO
Bizi izləyin

Hadisə

Gürcüstanda iki azərbaycanlı gənc yol qəzasında ölüb - FOTO

Gürcüstanda azərbaycanlı gəncin idarə etdiyi avtomobil aşıb.

APA-nın Gürcüstan bürosunun verdiyi məlumata görə, hadisə Tetriskaro (Ağbulaq) rayonu ərazisində baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, "Volkswagen Passat" markalı avtomobilin sürücüsü, Marneuli rayonunun Daştəpə kənd sakini, 27 yaşlı Orxan Vəkil oğlu Əliyev içkili olub. Qəza nəticəsində sürücü və sərnişin, Tetriskaro rayonunun Dunik kənd sakini, 23 yaşlı Larisa Talıbova hadisə yerində ölüb.

Qeyd edək ki, O. Əliyev Borçalıda tanınan müğənni Vəkil Borçalının oğludur.




Oxumağa davam et
Reklam
Reklam

Gündəm