Hadisə
Gəncədəki partlayışla bağlı bir nəfər tutuldu - RƏSMİ
Daxili İşlər Nazirliyi Gəncədəki hadisə ilə bağlı məlumat yayıb.
Publika.az-a daxil olan məlumata görə, mayın 5-də saat 03 radələrində Gəncənin E.Allahverdiyev küçəsində yerləşən çayxanada şəhər sakinləri, əvvəllər məhkum olunmuş Məhərrəm Əhmədov, oğlanları Nəriman və Sərxan, qohumları Taleh Əhmədov, Ayxan Mirzəyev, Orxan Mirzəyevlə həmyerliləri Ramiz Quliyev və onun dostları - Yalçın Quliyev, Elşən Abdullayev və Sadiq Əhmədov arasında münaqişə baş verib.
Bu zaman M.Əhmədov özü ilə gətirdiyi “F-1” tipli əl qumbarasından istifadə edərək partlayış törədib, nəticədə özü və T.Əhmədov hadisə yerində ölüb, Nəriman Əhmədov, Sadiq Əhmədov və Orxan Mirzəyev müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Gəncə Şəhər Baş Polis İdarəsi və Prokurorluğunun, Kəpəz RPİ-nin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçmış Yalçın Quliyev saxlanılıb, Ramiz Quliyevin tutulması istiqamətində tədbirlər görülür.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR