Mənşəyi məlum olmayan 1 ton əti satmaq istəyərkən tutuldu - FOTO
Bizi izləyin

Hadisə

Mənşəyi məlum olmayan 1 ton əti satmaq istəyərkən tutuldu - FOTO

Qazax rayon sakini 1 tondan artıq mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb.

Bu barədə DİN-dən Publika.az-a verilən məlumatda bildirilib.

Daxili işlər orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan orqanizminə ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib. Beləki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Qazax rayonunda mənşəyi məlum olmayan ətin satılması barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayon sakini Ayaz Əliyev 1 tondan artıq mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs Qazax və ətraf rayonlardan əldə etdiyi xəstə və ölü heyvanların ətinin Bakı şəhərində satışını təşkil etmək istəyib.

Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan ət isitifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm