Hadisə
“Tağı Salyanski” saxlanıldı: "Düşmənli adamam, üstümdə silah olur" - FOTO/VİDEO
Salyanda cinayətkar aləmdə “Tağı Salyanski” ləqəbi ilə tanınan Tağı Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb. Axtarış zamanı onun üzərindən qanunsuz olaraq silah-sursat aşkar olunub.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Salyanın Arbatan kəndində doğulan, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndində qeydiyyatda olan, 47 yaşlı Tağı Qasımov saxlanılıb.
Rəşad Nuriyev – Salyan Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi: “Əvvəllər məhkum olunmuş, cinayətkar aləmdə “Tağı Salyanski” ləqəbi ilə tanınan Qasımov Tağı Əli oğlu şübhəli şəxs qismində saxlanılmışdır”.
Saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman “Makarov” konstruksiyalı tapança, 4 ədəd patron aşkar edilərək götürülüb. Polis şöbəsinə gətirilən Tağı Qasımov törətdiyi əməlləri etiraf edib.
Tağı Qasımov - saxlanılan şəxs: “Qəbiristanlığa qəbir üstünə getmişdim, ordan tapmışam. Düşmənli adamam. Düşmənlərim var”.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 228.1 maddəsi ilə cinayət işi açılıb, barəsində həbs qəti imkan tədbiri seçilib. Hazırda araşdırma aparılır. (Region TV)
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı