49 yaşlı ər özündən 20 yaş gənc arvadını bıçaqladı - CƏLİLABADDA
Bizi izləyin

Hadisə

49 yaşlı ər özündən 20 yaş gənc arvadını bıçaqladı - CƏLİLABADDA

Cəlilabadda kişi övladının gözü qarşısında arvadını bıçaqlayıb.

Rayonun Polis İdarəsindən ANS-ə verilən məlumata görə, rayonun Maşlıq kənd sakini 1967-ci il təvəllüdlü Vaqif Əliyev aralarında yaranan şəxsi mübahisə zəminində həyat yoldaşı 1987-ci il təvəllüdlü Aygün Soltanovaya çoxsaylı bıçaq zərbələri endirib. Hadisə şəhərin Heydər Əliyev Seyrəngahı ərazisində baş verib. Ağır bədən xəsarətləri alan qadın dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildirdilər ki, qadının üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyəti ağır qiymətləndirilir.

Hadisə qısqanclıq zəminində baş verib.

Yerli polisin həyata keçirdiyi istintaq tədbirləri nəticəsində hadisəni törədən əvvəllər də bir neçə dəfə məhkum olunmuş Vaqif Əliyev tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm