Sərhəddə tapança tutuldu - FOTO
Bizi izləyin

Hadisə

Sərhəddə tapança tutuldu - FOTO

Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunda Xarkov-Bakı sərnişin qatarı ilə Rusiya Federasiyasından Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə qanunvericiliyə uyğun olaraq gömrük baxışı keçirilib.

Publika.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, yoxlama zamanı həmin şəxsə aid əl çantasının içərisində gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd pnevmatik tapança, onun üçün nəzərdə tutulan 8 ədəd qaz balonu və 2 qutuda 1000 ədəd kürəciklər aşkar edilərək götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm