Gəncədə ağır qəza
Bizi izləyin

Hadisə

Gəncədə ağır qəza

Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Kəpəz TV (Region TV) xəbər verir ki, hadisə saat 22:00 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

VAZ 2107 markalı avtomobillə VAZ 21099 markalı minik maşını toqquşub. Nəticədə 38 yaşlı Əli Əliyev müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının (TTYX) trvamatalogiya şöbəsinə yerləşdirilib.

Onun ayaq nahiyyəsində qırıqların olduğu deyilir. Vəziyyəti orta ağır kimi qiymətləndirilir. İlkin ehtimala görə, qəzaya avtomobillərin bir-birinin yoluna çıxması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm