Qazaxda ağır qəza: “Kamaz“ “VAZ“-ı 2 hissəyə böldü - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Qazaxda ağır qəza: “Kamaz“ “VAZ“-ı 2 hissəyə böldü - FOTO/VİDEO

Qazaxda baş verən yol qəzasında 5 nəfər xəsarət alıb.

Kəpəz TV (Region TV) xəbər verir ki, Bakı-Qazax avtomaqistralının 475-ci kilometrliyində rayon sakini 23 yaşlı Orxan Vəliyev idarəetməni itirdiyi üçün “VAZ 21 07” markalı avtomobili 63 yaşlı Mübariz Musayevin idarə etdiyi “Kamaz”a çırpıb. Nəticədə sürücü ilə yanaşı, “VAZ”da olan 21 yaşlı Elmir Rafiqli, 21 yaşlı Rəhim İbrahimli, 22 yaşlı Əmrah Məmmədov, yük maşınının sürücüsü 63 yaşlı Mübariz Musayev ağır bədən xəsarətləri alıblar.

Yaralılar Qazax Müalicə Diaqnostika Mərkəzi çatdırılıblar. Əmrah Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir. Fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm