Azərbaycanda 74500 manatlıq qızıl oğurlayanlar həbs edilib
Bizi izləyin

Hadisə

Azərbaycanda 74500 manatlıq qızıl oğurlayanlar həbs edilib

Tərtər rayonunda içərisində 74 500 manatlıq qızıl əşyalar olan çantanı oğurlayan şəxslər tutulub.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin(RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də şəhər sakini Ramiz Məmmədova məxsus içərisində 74 500 manat dəyərində qızıl əşyalar olan çantanı quldurluq yolu ilə almış həmyerliləri Cəlil Əmirli, İlqar Hümbətov, Elnur Ağazadə və Elgiz Paşayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm