Cinayətkar dəstənin digər qanunsuz əməlləri aşkarlanıb
Bizi izləyin

Hadisə

Cinayətkar dəstənin digər qanunsuz əməlləri aşkarlanıb

Daxili İşlər Nazirliyi (DİN) bir neçə gün əvvəl cinayət törətdiklərinə görə saxlanılmış şəxslərin digər qanunsuz əməllərinin aşkarlanması barədə məlumat yayıb.

Publika.az DİN-in saytına istinadən xəbər verir ki, mayın 4-də oğurluq etdiklərinə görə tutulmuş Ramil Əbilovun, Səda Mirzəliyevin və qardaşı Dilqəmin cari ilin aprel ayında daha iki oğurluq hadisəsi törətmələri də müəyyən edilib.

Məlumata görə, Ramil Əbilovun, Səda Mirzəliyevin və qardaşı Dilqəmin ətrafında Baş Cinayət Axtarışı İdarəsi, İmişli RPŞ və Biləsuvar RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların aprel ayında İmişli rayon sakini Əsgər Əmənova məxsus fermadan 24 baş qoyun, habelə cari il fevral ayının 26-da Qaravəlli kənd sakini Asim Hüseynova məxsus həyətyanı sahədən 8 baş inək oğurlamaları da müəyyən olunub.

Səda Mirzəliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Ağcabədi rayon sakinləri Taleh Mirzalıyev və Famil Rüstəmovla birgə Sabirabad rayon sakini Təbiət İbrahimovaya məxsus həyətyanı sahədən 40 baş qoyun oğurlaması da üzə çıxıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə F.Rüstəmov tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm