Mənzildə qadın və kişi meyiti tapıldı - BAKIDA
Bizi izləyin

Hadisə

Mənzildə qadın və kişi meyiti tapıldı - BAKIDA

Bakıda mənzildə kişi və qadın meyiti aşkar edilib.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda 1968-ci il təvəllüdlü Qurbanov Şahin Məmmədəli oğlu və 1978-ci il təvəllüdlü Ağayeva Gülnurə Oktay qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və vətəndaşları huşsuz vəziyyətdə aşkar edib.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı vətəndaşların vəfat etdiyi müəyyən olunub. Əməliyyat saat 15:20-də başa çatmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm