Hadisə
Ermənilər kimyəvi silahdan istifadə edir - FOTOFAKT
Tərtərdə kimyəvi tərkibli top mərmisi aşkar edilib. Bu barədə Publika.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən bildiriblər.
Mayın 10-da Agentlik tərəfindən Tərtər, Füzuli, Ağcabədi və Goranboy rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat:
Tərtər rayonu
Qarağacı kəndi - 2 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış
keçirilib, 1 ədəd partlamamış 152 mm-lik top mərmisi aşkar edilib,
gün ərzində 28 000 kv.m ərazi yoxlanılıb.
Qazyan kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış
keçirilib, 2 500 kv.m ərazi yoxlanılıb.
Əskipara kəndi - əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib,
1 ədəd ağ fosforlu 122 mm-lik top mərmisi aşkar edilib, 20 kv.m
ərazi yoxlanılıb. Sursatın zərərsizləşdirmə əməliyyatları sabah
davam edəcək.
Cəmi: Gün ərzində 3 ev və həyətyanı sahələrdə, 1 əkin sahəsində 6
partlayış yerinə baxış keçirilib, 30 520 kv.m ərazi yoxlanılıb, 2
ədəd partlamamış hərbi sursat (1 ədəd 122 mm-lik top mərmisi (ağ
fosforlu) və 1 ədəd 152 mm-lik top mərmisi) aşkar olunaraq
götürülüb.
Goranboy rayonu
Tapqaraqoyunlu kəndi - 2 otlaq sahəsində 2 partlayış yerinə baxış
keçirilib, 900 kv.m ərazi yoxlanılıb, heç bir PHS aşkar
olunmayıb.
Ağcabədi rayonu
Qaraxanlı kəndi - 1 ev və həyətyanı sahədə, 1 otlaq sahəsində 2
partlayış yerinə baxış keçirilib, 11 000 kv.m ərazi qəlpələrdən
təmizlənib, heç bir PHS aşkar olunmayıb.
Füzuli rayonu
Şükürbəyli kəndi - 2 otlaq sahəsində 2 partlayış yerinə baxış
keçirilib, 464 kv.m ərazi qəlpələrdən təmizlənib, heç bir PHS aşkar
olunmayıb.
Mayın 10-da 4 ev və həyətyanı sahədə, 6 otlaq sahəsi daxil olmaqla
12 partlayış yerinə baxış keçirilib, 2 ədəd (1 ədəd 122 mm-lik top
mərmisi (ağ fosforlu) və 1 ədəd 152 mm-lik top mərmisi) partlamamış
hərbi sursat aşkar edilib. Gün ərzində 42 884 kv.m ərazi
təmizlənib.
Ümumilikdə ANAMA tərəfindən 7 aprel - 10 may 2016-cı il
tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy,
Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı
şəhərində 457 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd
qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 12 ferma,
əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 419
ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN),
2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar
olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik
qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən
kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin
yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı