Sel Mingəçeviri bu hala saldı - VİDEO
Bizi izləyin

Hadisə

Sel Mingəçeviri bu hala saldı - VİDEO

Güclü yağış kanalın daşmasına səbəb oldu. Nəticədə həyətlərə su doldu. Havarlı Suvarma kanalının daşması nəticəsində Mingəçevirin Günəşli bağlar massivindəki həyətyanı evlər zirzəmilər palçıq-lil içərisində qalıb. Sel nəticəsində sakinlərin əkib becərdiyi məhsullar xüsusəndə tərəvəzləri yararsız vəziyyətə düşüb.

Publika.az xezerxeber.com-a istinadən bildirir ki, yaranmış palçıq topasını isə sakinlər gecə saatlarından təmizləməyə başlayıblar. Suyun küçələrə axması piyadaların hərəkətini də çətinləşdirib.Mingəçevir Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin əməkdaşları səhər saatlarından fəsadların aradan qaldırılması istiqamətində işlərə başlayıb.

Kanalizasiya xətləri palçıqla doldugundan təmizləmək də çətinləşib. Həyətlərdəki su, su motorları vasitəsilə çəkilib, həmçinin kanalların lildən təmizlənməsi işləri həyata keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm