79 yaşlı qadın özünü asdı
Bizi izləyin

Hadisə

79 yaşlı qadın özünü asdı

Gədəbəy rayonunda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan ans press-ə verilən məlumata görə, hadisə rayonun Poladlı kəndində qeydə alınıb. Kənd sakini 1937-ci il təvəllüdlü Həmayə Əli qızı Abdullayeva özünü yaşadığı evin həyətindəki tövlənin qarşısındakı dirəkdən asıb. Onun asılmış meyitini qonşu aşkar edib və dərhal hüquq-mühafizə orqanları əraziyə cəlb edilib.

79 yaşlı qadının özünü hansı səbəbdən asması hələlik məlum deyil.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm