Gömrükçülər külli miqdarda siqaret müsadirə edib - FOTO
Bizi izləyin

Hadisə

Gömrükçülər külli miqdarda siqaret müsadirə edib - FOTO

Aşağı keyfiyyətli alkoqollu içkilərin, tütün məmulatlarının bazara daxil olmasının qarşısını almaq və əhalinin sağlamlığını qorumaq, habelə bu sahədə qaçaqmalçılığa qarşı mübarizəni gücləndirmək məqsədilə gömrük orqanları tərəfindən mütəmadi olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 3 fakt üzrə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 78 200 ədəd müxtəlif markalı siqaretlər aşkar edilərək götürülüb.

Hər 3 faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm