İmişlidə avtomobil aşdı: Sürücü yaralandı
Bizi izləyin

Hadisə

İmişlidə avtomobil aşdı: Sürücü yaralandı

İmişlidə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Report xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Boşcalılar kəndi ərazisində qeydə alınıb.

Belə ki, Beyləqan rayonunun İmamverdilər kənd sakini, 68 yaşlı Mətləb Surxay oğlu Əliyev idarə etdiyi VAZ-2106 markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşıda gələn maşının işığı gözünə düşdüyündən idarəetməni itirib və avtomobil yolun kənarına aşıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm