Cəbhəyanı rayonlarda 12 partlayış yerinə baxış keçirilib
Bizi izləyin

Hadisə

Cəbhəyanı rayonlarda 12 partlayış yerinə baxış keçirilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər, Füzuli və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

Tərtər rayonu

Ağkənd kəndi - 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilmiş, 14 000 kv. m ərazi yoxlanılmışdır.

Qazyan kəndi - 2 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilmiş, 10 000 kv. m ərazi yoxlanılmışdır.

Qaynaq kəndi - 3 otlaq sahəsində 3 partlayış yerinə baxış keçirilmiş, 600 kv. m ərazi yoxlanılmışdır.

Cəmi: Gün ərzində 5 ev və həyətyanı sahədə, 3 otlaq sahəsində 12 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 24 600 kv. m ərazi yoxlanılmışdır.

Ağdam rayonu

Çəmənli kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilmiş, 5 000 kv. ərazi qəlpələrdən təmizlənmış, heç bir PHS aşkar olunmamışdır.

Cəmi: 1 əkin sahəsində 1 partlayış yeri aşkar edilmiş və 5 000 kv. m ərazi təmizlənmışdir.

Füzuli rayonu

Şükürbəyli kəndi - 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilmiş, 420 kv.m ərazi qəlpələrdən təmizlənmış, PHS aşkar olunmamışdır.

Cəmi: 2 əkin sahəsi, 2 partlayış yeri aşkar edilmiş və 420 kv. m ərazi təmizlənmışdir.

13 May tarixində 5 ev və həyətyanı sahədə, 6 otlaq sahəsi daxil olmaqla 15 partlayış yerinə baxış keçirilmiş, gün ərzində 30 020 kv. m ərazi təmizlənmişdir.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 13 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 474 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 12 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 420 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdır.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm