Lənkəranda 45 yaşlı velosipedçini avtomobil vurub
Bizi izləyin

Hadisə

Lənkəranda 45 yaşlı velosipedçini avtomobil vurub

Lənkəranda yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə mayın 13-də saat 20.30 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Zövlə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Lənkəran rayonunun Separadı kənd sakini, 51 yaşlı Siyasət Məhərrəm oğlu Məhərrəmovun idarə etdiyi "VAZ-2106" markalı, 44 BF 592 dövlət nömrə nişanlı minik avtomobili yolda hərəkətdə olan velosipedçini, rayonun Zövlə kənd sakini, 45 yaşlı İlkin Mirzəhüseyn oğlu Əliyevi vurub. Sürücü dərhal zərərçəkəni maşınına otuzduraraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

Burada bədən xəsarətləri almış velosipedçiyə müvafiq tibbi yardım göstərilib, hazırda vəziyyəti stabil qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm