Bakıda türkiyəli biznesmenə qarşı cinayət
Bizi izləyin

Hadisə

Bakıda türkiyəli biznesmenə qarşı cinayət

Bakıda fəaliyyət göstərən türkiyəli biznesmen üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib.

Lent.az xəbər verir ki, Nərimanov rayon Polis İdarəsi 17-ci Polis Bölməsinə müraciət edən Türkiyə vətəndaşı, 1977-ci il təvəllüdlü Güntekin Bayram Şevket oğlu 6890 manatının mənimsənildiyini bildirib. Şikayətçi qeyd edib ki, 2014-cü ilin 12 fevral tarixində İsmayıl İnam adlı şəxs ona məxsus olan və Ziyan Bünyadov prospektində yerləşən "Yavuzlar" inşaaat materialları mağazasından xeyli mal götürüb. Lakin həmin şəxs borcunu 2 ildən artıqdır ki, ödəmir.

Müraciət əsasında araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm